Bakı-Tbilisi-Bakı qatarının sürəti 160 km/saata kimi artdı - VİDEO
27
okt
2019
09:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıdan Gürcüstana və əks istiqamətdə qatarla səyyahət edənlərə şad xəbərimiz var. Dünəndən etibarən artıq bu istiqamətdə sərnişinlər sürət lokomotivləri ilə daşınır. Bu isə sərnişinlərin ünvan başına həm daha təhlükəsiz, həm də daha tez çatması deməkdir. İndiyə qədər bu istiqamətlərdə sərnişinlər 70-ci illərin yük lokomotivləri ilə daşınırdı.İlk dəfə olaraq Bakıdan-Gürcüstana və əks istiqamətdə sərnişinlərin sürət qatarları ilə daşınmasına başlanılıb. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti bu məqsədlə Fransanın Alstom şirkətindən sərnişin lokomotivləri alıb. Əvvəlkilərdən bir sıra üstünlükləri ilə fərqlənən bu lokomotivlərin sürəti də xeyli yüksəkdir.Qurumun sözçüsü Natavan Bayramovanın sözlərinə görə, Fransa şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 'Ady Alstom' şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən lokomotivin almasını planlaşdırır. Onlardan 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq. Artıq 10 ədəd sərnişin lokomotivi və 8 ədəd yük lokomotivi Azərbaycana gətirilib.Bu ilin sonuna kimi "Alstom" şirkətinin daha 8 sərnişin lokomotivi istismara qəbul ediləcək və digər sərnişin qatarlarının da daşınması bu lokomotivlərlə həyata keçiriləcək.
Oxşar xəbərlər
İyulda dəmir yolu ilə daşınan sərnişinlərin STATİSTİKASI
Bu ilin iyul ayı ərzində dəmir yolları vasitəsi ilə ümumilikdə 270 min sərnişin daşınıb.Bu barədə BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin...