Bakı dairəvi avtomobil yolunda hərəkətin təhlükəsizliyi bərpa edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün gecə saatlarında Bakı dairəvi avtomobil yolunun təqribən 6-cı kilometrliyində paytaxt istiqamətində yolun sağ tərəfindən iri qaya parçaları yola düşməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış bəzi məhdudiyyətlər aradan qaldırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, yolda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində qaya parçaları ərazidən uzaqlaşdırılıb, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
"Hadisə nəticəsində yol təsərrüfatına ziyan dəyib. Hazırda ziyanın aradan qaldırılması istiqamətində də agentlik tərəfindən işlər aparılır.
Oxşar xəbərlər
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyət barədə açıqlama yayıb....