Bakı Avropa Liqasının final oyununu yüksək səviyyədə təşkil etdi
30
may
2019
17:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 29-da Bakıda keçirilən Avropa Liqasının final oyunu öncəsi və sonrası daxili işlər orqanlarının əməkdaşları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra ediblər. BAKU.WS xəbər verir ki, ötən gün turistlərin və azarkeşlərin rahat, fasiləsiz hərəkətinin təşkil edilməsi və onların gəzintisinin təmin edilməsi ilə bağlı Füzuli, Ş.Bədəlbəyli, Ü.Hacıbəyli və bunlara bitişik olan küçələrdən “Qış parkı” və “Sahil bağı” istiqamətində şəraitdən asılı olaraq qismən avtomobillərin hərəkət istiqamətləri dəyişdirildi. Dənizkənarı Bulvarda UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçirilən final oyunu ərəfəsində Azarkeş Festivalı da start götürdü. İctimaiyyət üçün girişin sərbəst olduğu Azarkeş Festivalında Bakının Dənizkənarı Bulvarının ecazkar mənzərəsinin fonunda Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının və ifaçılarının çıxışlarından zövq almaq, müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarınızı sınaqdan keçirmək, inanılmaz mükafatlar qazanmaq imkanları var idi.
Uşaq Zonasında uşaqlar üzlərinə rəsm çəkdirir və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirirdi. Bir sözlə bulvarda təşkilatçılıq çox yüksək səviyyədə idi. UEFA Avropa Liqası finalı zamanı azarkeşlərin stadiona daxil olması və stadionu tərk etməsi prosesi yüksək səviyyədə təşkil edildi. Adətən Avropada bu tip gərgin mübarizə aparan klubların azarkeşləri arasında davaların baş verdiyini müşahidə edirik. Ancaq Azərbaycan polisi vəzifəsinin öhtəsindən layiqincə gəldi və final oyununda heç bir insident olmadı. Həm xarici turistlər, həm də yerli sakinlər bu təşkilatçılıqdan zövq aldılar. Azərbaycan polisinə yüksək peşəkarlıq göstərərək xidmət etdiyi üçün təşəkkürü bir borc bilirik. Bakı növbəti dəfə çətin sınaqdan üzü ağ çıxdı.Şahin Həbibov
Oxşar xəbərlər
Yol polisindən Avropa Liqasının final oyunu ilə əlaqədar azarkeşlərə çağırış
"Avropa Liqasının final oyunu ilə əlaqədar olaraq, Dövlət Yol Polisinin (DYP) əməkdaşları gücləndirilmiş iş rejimi ilə xidmət aparır".BAKU.WS xəbər verir ki, bu...