Bakıda VI Milli Marketinq Forumu baş tutacaq

Bakıda VI Milli Marketinq Forumu baş tutacaq
Video 1035
Milli Marketinq Forumu Facemark.az komandası, Marketinq Azərbaycan, Marketing AİR, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə səyi nəticəsində illik olaraq keçirilir.Bu ilin VI Milli Marketinq Forumu (MMF2018) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 100 illiyinə həsr edilir. Forumun sloqanı isə birincilər və davamçılardır.Artıq 6-cı dəfədir ki, baş tutacaq Forumda 6 panel üzrə 30 nəfərədək spiker, 500 nəfərədək mütəxəssis iştirak edəcək.Qeyd etdiyimiz kimi bu il də əvvəlki illərdə olduğu kimi MMF 6 panellə iştirakçıların görüşünə gəlir. Bu panellər aşağıdakılardır: Bloqçuluq və rəy liderliyi, Strategiya, Rəqəmsal Marketinq, Milli keyslər, Marketinq Kommunikasiyaları, FMCG/Distribusiya.Forumun moderatoru, “Azgranata” Dağıtım şirkətinin baş direktoru Anar Bayramov MMF barəsində deyir:- MMF hər halı ilə, hər kəsə yaxın, hər kəsə əlçatan olmaq yolunu tutub. MMF əsl milli tədbirdir. Dövlət himnimizlə açılan və bağlanan MMF-də hər kəs öz ana dilimizdə danışır, öz milli biznesimizin inkişafı yollarından danışılır;- MMF təşkilatçıları foruma hər il xüsusi hazırlaşırlar. Hər il əvvəlkindən daha yaxşı olması üçün hər şey edirlər;- MMF 2 gün ərzində Azərbaycan marketinqinin danışıldığı yer, olduğu yer, episentri rolunda olur. Azərbaycanda marketinqin olduğu yeri nə dərəcədə inkişaf etdiyini, hansı problemlərin və imkanların olduğunu göstərir;- MMF həm də bizə daimi olaraq müqayisə imkanı verir. Azərbaycan marketinqinin hardan hara getdiyini göstərir. 2013-cü ildə marketinqimiz hansı vəzizyyətdə idi, 2014-də hansı vəziyyətdə, 2015-də hansı, 2016-da, 2017-də və s.- Bütün bu sadaladığımız və başqa amillər hər il marketinqsevərlərin mayın sonunu səbrsizliklə gözləmələrinin səbəbidir.Forum 25-26 May tarixlərində saat 09:00-da Bakı Musiqi Akademiyasında keçiriləcək. Foruma biletləri (+99451) 295 46 77 nömrəsi ilə əlaqə saxlayaraq sifariş edə bilərsiniz. Biletin qiyməti 40 manatdır. Çatdırılma pulsuzdur. Daha ətraflı informasiya üçün Forumun “Facebook” səhifəsinə baş çəkə bilərsiniz.Forum boyu twitter həştəqimiz #mmf2018 aktiv olacaq. İstər Forumdan öncə, istərsə də Forum ərəfəsində öz suallarınızı, irad və təkliflərinizi həştəqi qeyd edərək twitter-dən yaza bilərsiniz.Bir daha xatırlatmaq yerinə düşər ki, Forum Azərbaycanda marketinqin inkişafına təkan vermək, bu sahədə yerli kadrların daha da təkmilləşdirilməsi, ümumi müzakirələrin aparılması üçün təşkil edilir.İlin marketinq gününə hər biriniz dəvətlisiniz!Forumun “Facebook” səhifəsinin linki: https://www.facebook.com/MilliMarketinqForumu/

Son xəbərlər