Bakıda 40-50 qəpiyə toyuq ayaqları satılır - diqqətli olun! (VİDEO)

Bakıda 40-50 qəpiyə toyuq ayaqları satılır - diqqətli olun! (VİDEO)
Video
Video 5258

 

Paytaxt bazarlarında kiloqramı 40-50 qəpiyə toyuq ayaqları satılır.

Açıq şəraitdə satılan bu məhsulların kifayət qədər çox alıcısı var.

Satıcılar deyir ki, toyuq ayaqlarını əsasən körpə uşaqlara şorba bişirmək üçün alırlar.

Satıcıların sözlərinə görə, toyuq ayaqlarının təzə olduğunu bir necə nüansa fikir verməklə anlamaq olar.

Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, toyuq ayaqlarının satışı hər dövrdə olub. Sadəcə olaraq açıq şəraitdə yox, soyuducularda saxlanılmalıdır.

Mütəxəssislər isə bildirir ki, dəmir və kalsiumla zəngin olan toyuq ayaqlarını alarkən diqqətli olmaq lazımdır. Problemlə üzləşməmək üçün soyuducularda saxlanılan, dərisi soyulmuş, dırnaqları olmayan ayaqlar almaq olar.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər