Bakıda 10 min manata görə 3 ay ac qalmaq təklifi - oruc tutmayanlar pərt oldu (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
"Xəzər" telekanalında "Diqqətli ol" verilişinin aparıcısı Yalçın Alməmmədov Bakıda maraqlı sosial test keçirib.
BAKU.WS-in məlumatına görə, Bakı sakinlərini çətin vəziyyətə salan sosial test bundan ibarətdir ki, respondentlərə 2 ay müddətində bir adada ac-susuz yaşamaq təklif edilir. Bunun qarşılığında həmin şəxsin hər gününə 300 manat pul veriləcək.
Bundan başqa, bu layihədə 1-ci yeri tutana 10000 AZN, 2-ci yerin sahibinə 5000 AZN, 3-cü yerə isə 2500 AZN mükafat veriləcək. Sosial testin iştirakçılarının hamısı bununla razılaşsa da sonda necə deyərlər aparıcının "tələsinə" düşürlər. Belə ki, Yalçın Alməmmədov respondentlərə gözləmədiyi sualı verir: "Bəs, oruc tutursunuz?"
2 ay adada ac-susuz qalmağa razı olan paytaxt sakinlərinin əksəriyyəti "Xeyir" cavabını verib.
Maraqlı sosial testi sizə təqdim edirik.
Murad Səmədov
BAKU.WS
Oxşar xəbərlər
Bakıda "erməniləri raketlə vuraq" təklifinə reaksiya (VİDEO)
Ermənistanda baş tutan sorğu bu dəfə Azərbaycanda-paytaxt Bakıda keçirilib. BAKU.WS xəbər verir ki, şəhər sakinlərinə "işğal edilmiş torpaqlarımızı azad etmək...