Azərbaycanda Sarkisyan haqda yeni film çəkildi (VİDEO)

Azərbaycanda Sarkisyan haqda yeni film çəkildi (VİDEO)
Video
Video 1806
 

Erməni yalanlarını ifşa edən "Hye Reality” layihəsinin 3-cü cizgi filmi yayımlanıb.

BAKU.WS-in Azvizion.az-a istinadən verdiyi xəbərdə bildirilir ki, filmdə ermənilərin saxta tarix yaratmaq cəhdləri, Azərbaycanın mədəni sərvətlərini oğurlamaları, həmçinin digər fırıldaq və cinayətləri cizgi filmi satirası ilə göstərilir. 

Qeyd edək ki, "Hye Reality” layihəsi ermənilərin xüsusi olaraq Azərbaycan xalqını və əsgərini təhqir etmək üçün yaratdıqları "Kill Dim” adlı layihəyə cavabdır. 

Təqdim edilən videoda prezident Sarkisyanın müşayiəti ilə  "Ermənistan Tarix muzeyi”nə ekskursiyaya gətirilən məşhur aktyor Corc Klunuyə Santa-Klausun, İsa Məsihin, Adəm peyğəmbərin, kosmanavt Nil Armstonqun və s. insanların erməni olduğu barədə bir sıra absurd variantlar təqdim olunur.  Nəhayət Corc Klununin özünə də onun erməni olduğu bildirildikdən sonra aktyor müzeyi tərk edir. Filmin davamını isə bu videoda izləyə bilərsdsiniz: 

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Fərdanın yeni filmi (VİDEO)

Fərdanın yeni filmi (VİDEO)

Aktyor Fərda Amin yeni filminin anonsunu təqdim edib. BAKU.WS-in xəbərinə görə, Fərda Amin öz instaqram səhifəsində yeni filmi "Niyə?”-nin anonsunu paylaşıb....

1751 Şou-biznes 11:11 15 fevral 2017

Son xəbərlər