Məşhur erməni memar Məkkədə İslam müzeyi tikəcək (FOTO)
Məşhur erməni memar Mişel Mosesyan Məkkədə İslam muzeyi tikəcək.
BAKU.WS-in məlumatına görə, erməni mənşəli dünyaca məşhur fransız memar Mişelin rəhbəri olduğu "Mossessian Architecture" şirkəti Səudiyyə Ərəbistanının Məkkə şəhərində müsəlman dininin əsas muzeyinin yaradılması üzrə müsabiqənin qalibi olub.
Londonda yaşayan memara aid olan şirkət Məkkədə "İnam muzeyi" adlı kompleksin müəllifi olacaq. Bu muzeyin tikintisini bütün müsəlman dünyası gözləyir. Muzey Məkkədən 7 kilometr aralıda tikiləcək və İslamın doğuşunu simvolizə edəcək. "İnam muzeyi" 5600 kilometr ərazini əhatə edəcək. Muzeydə virtual məscid, audio-video zallar, 3D nümayişlər və s. olacaq.
Muzeyin əsas binasının daşları müsəlman ölkələrindən gətiriləcək.
BAKU.WS
Oxşar xəbərlər
"Burj Khalifa"nın müəllifi Bakıda unikal yaşıl bina tikəcək (FOTO)
Bakıda "Baku Landmark" adlı unikal "yaşıl" bina tikiləcək. BAKU.WS Report-a istinadən məlumat verir ki, binanın layihəsi dünyaca məşhur amerikalı memar, Dubay...