Azərbaycanda qadın direktor kişi müəllimi şillələdi (VİDEO)
Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbində çalışan bir qrup müəllimin imzası ilə qazeta.info-ya adı çəkilən məktəbin direktoru Mənsura Şahverənovanın özbaşınalığını əks etdirən şikayət ərizəsi ilə müraciət daxil olub.
BAKU.WS-in məlumatına görə, Müəllimlərin müraciətində bildirilir ki, çalışdıqları məktəbdə direktorun qanunsuz əməlləri ilə bağlı respublikamızın prezidenti və digər dövlət məmurlarımıza dəfələrlə şikayət ərizəsi yazılıb.Məsələnin həll olunması üçün rayon rəhbərliyinə müvafiq tapşırıq verilsə də Mənsura Şahverənovanın əməllərinə rayon rəhbərliyi hansı səbəbdənsə göz yumur. Məlumata görə növbəti şikayətdən xəbər tutan xanım direktor şikayət etdiklərinə görə həmin müəllimləri hədələməyə başlayıb. Lakin bu prosesi öz telefonu ilə lentə almağa çalışan və 17 ildir yuxarıda adı çəkilən məktəbdə müəllim işləyən 58 yaşlı Əmirov Qalabəy Tomar oğluna bu iş baha başa gəlib.Belə ki, direktor Q.Əmirova hücum edərək kollektivin gözü önündə ona sillə atıb və bildirib ki, "get kimə göstərirsən göstər” BAKU.WS
Oxşar xəbərlər
Bakıda şagirdin anası müəlliməni döydü
Bir neçə gün əvvəl Bakının Xətai rayonu 64 nömrəli məktəbdə müəllimə döyülüb. BAKU.WS-in məlumatına görə, bu barədə kütləvi informasiya vasitələrində bildirili...