Azərbaycanda əhəmiyyətli avtomobil yolu qurulur – VİDEO

Azərbaycanda əhəmiyyətli avtomobil yolu qurulur – VİDEO
Video
Video 969

Ağstafa rayonunda yerli əhəmiyyətli Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir.

Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası həmçinin torğaq yatağı sel sularının təsirindən yuyulmuş , hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda çalalar yaranmışdır.

Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılır, təqribən 22 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülərək, kipləşdirilir. Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: “Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunur. Məhz bu səbəbdən 11 ədəd 300 mm-lik, 2 ədəd isə istismara yaramayan 1000 mm-lik suötürücü borunun çıxarılması, əvəzinə 132 paqon-metr olan 500 mm-lik və 42 paqon-metr uzunluğa malik 1000 mm diametrlik dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikintisi layihədə nəzərdə tutulmuş işlərdəndir. Bundan başqa avtoqreyderlə 6500 paqon-metr küvetlərin açılması işləri də aparılacaq”. Daha sonra tikinti norma və standartlarına uyğun olaraq torpaq yatağının avtoqreyderlə profilə salınması, 36 sm hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının 100 min kv.m-dən çox sahədə tikintisi işləri görüləcək.
Bunun ardınca əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınlıqda iri və xırda dənəli olmaqla asfalt-beton qarışığı ilə salınması, çiyin hissələrin 30 min kv.m sahədə optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi, 12 yol birləşməsinin 1500 kv.m sahədə təmiri işlərinin aparılması da nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yol boyu 3 avtobus dayanacağı inşa ediləcək,

hərəkətin normal təşkili üçün 46 yol nişanı, 18 km göstəricisi və 380 siqnal dirəyi quraşdırılacaq, 28 km uzunluöunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Yerli əhəmiyyətli Ağstafa Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə sözügedən ərazidə yük və sərnişin daşıması asanlaşmaqla yanaşı, kənd təsərrüfatının daha da inkişafı hədəflənir. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər