“Böyük Qayıdış”a aparan yol – VİDEO

“Böyük Qayıdış”a aparan yol – VİDEO
Video
Video 1159

Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 km-lik (113-177) Bəhramtəpə-Horadiz hissəsi yenidən qurulur.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılıb.

Beyləqan və Füzuli rayonlarından keçən yolda tikinti-quraşdırma işləri iki hissədən ibarət olmaqla həyata keçirilib. Üçüncü texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı yolun eni 12 metrdir.

“Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci km-dən götürür.

Magistral yolun 64 km-lik hissəsinin yenidən qurulması ilə artıq Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yol boyu yerləşən yaşayış məntəqələrinə gediş rahat olub.

İstərsə də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub yük və sərnişin daşıması asanlaşıb”, - deyə Anar Nəcəfli bildirib.

Yol üzərindəki uzunluqları 24-36 metr olan ikiaşırımlı doqquz körpü də əsaslı təmir olunub, onların hərəkət hissələrinin eni genişləndirilib.

Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin yol boyu rahat və maneəsiz hərəkətini təmin edib.

Layihəyə uyğun olaraq yolboyu 38 müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib. 30 avtobus dayanacağı quraşdırılıb.

Zəruri yerlərdə 2710 siqnal dirəkləri, 515 yol nişanları və məlumatverici lövhələr qoyulub.

Qeyd edək ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib.

BAKU.WS

Oxşar xəbərlər

Prezident 1 milyonluq yolun açılışını etdi (FOTO)

Prezident 1 milyonluq yolun açılışını etdi (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 29-da Şəki-Kiş avtomobil yolunun açılışında iştirak ediblər.BAKU....

2949 İqtisadiyyat 12:27 29 oktyabr 2018

Son xəbərlər