Azərbaycan ordusunun möhtəşəm videosu (VİDEO)
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi.
BAKU.WS-in məlumatına görə, 1992-ci ilin yanvar ayında Azərbaycan Ordusu özünün ilk əməliyyatını həyata keçirdi. Şuşa şəhəri yaxınlığındakı Daşaltı kəndini ələ keçirmək məqsədilə həyata keçirilən Daşaltı əməliyyatı uğursuzluqla nəticələndi. Yayda 1992-ci il Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının rəhbərliyi altında desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın komplektləşdirilməsi başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin, 22 may 1998-ci il tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi Silahlı Qüvvələr günü elan edilmişdir. 1997-ci ilin yanvarında Azərbaycan sülhməramlı qüvvələri yaradılmışdı.
Azərbaycan ordusunun tarixində ən böyük silah anlaşması isə 2012-ci ildə baş tutub. Həmin ilin fevral ayında İsrailin Israeli Aerospace Industries (İAİ) adlı iri hərbi-sənaye şirkəti Azərbaycana pilotsuz kəşfiyyat təyyarələrinin ən yeni versiyalarının və ən müasir Hava Hücumundan Müdafiə Sistemlərinin satılmasına dair 1.6 milyard dollarlıq müqavilə bağlayıb. İsrail hərbi mütəxəssislərinin böyük dəstəsi azərbaycanlı həmkarlarına yeni silah sistemləri ilə işləməyi öyrətmək üçün Bakıya göndərilib. Yeni müqaviləyə əsasən İsraildən düşmən hədəflərinə dəqiq raket zərbələri endirə bilən böyük pilotsuz kəşfiyyat təyyarələri "Heron”ların alınması, habelə hava və raket hücumundan etibarlı müdafiəni təmin edən HHM sistemlərinin alınmasından söhbət gedir. Bu HHM sistemləri Azərbaycan ərazisini ballistik raket zərbələrindən müdafiə etməyə qadirdir.
2008-2012-ci illərdə dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə 12 mlrd. ABŞ dollarından artıq vəsait yönəldib. Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastruktrun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və s., hərbi məhsulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr imzalanıb.
BAKU.WS
Oxşar xəbərlər
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı
Mayın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə daxil olan məlumata görə...