“Azerspace-2” peyki orbitə buraxıldı (VİDEO)

26
sen
2018
08:41
Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
BAKU.WS xəbər verir ki, “Azerspace-2” peyki orbitə “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə göndərilib.
Bu, “Ariane-5" raket daşıyıcısı üçün yubiley - 100-cü buraxılış olub. Onun göyərtəsində iki telekommunikasiya peyki – “Azerspace-2” və “Horizons 3e” var. İkincisi Yaponiyaya məxsusdur.
“Azerspace-2” peyki 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək və Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.
BAKU.WSOxşar xəbərlər
Şabranda atmosferi çirkləndirən 10 avtomobilin sürücüsü barədə protokol tərtib olunub
Azərbaycanın “Azerspace-2/Intelsat 38” geostasionar peyki Fransa Qvianasındakı kosmodroma (Qviana Kosmik Mərkəzi) çatdırılıb.AZƏRTAC xəbər verir ki, bu barədə F...