Azərbaycanda ŞOK: Başqasının arvadını qaçırdı və 15 gün sonra geri qaytardı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaş rayonunda rüsvayçı hadisə baş verib. Ailəli və iki uşaq anası olan gənc gəlin başqasına qoşulub qaçıb.
BAKU.WS xəbər verir ki, bu iddia ilə Rəşidənin qayınatası ARB TV-nin "Elgizlə İzlə" verilişində
" rel="external noopener noreferrer">çıxış edib.
Gəlin evdən qaçandan sonra ailə verilişə üz tutaraq onun tapılmasını istəyib. Rəşidənin efirdə əri tərəfindən axtarıldığını görən şəxs onunla münasibətlərinə son qoyub. 15 gündən sonra onu geri qaytarıb.
Rəşidənin həyat yoldaşı Vüqar verilişə zəng vuraraq bildirib ki, Rəşidənin qoşulub qaçdığı şəxs ona zəng vuraraq aldanıldığını deyib. Yəni Rəşidə ərindən boşandığını, bir müddətdir ayrı yaşadıqlarını bildirib. Başqasının arvadını qaçırdığını öyrənən şəxs 15 gündən sonra Rəşidəni geri qaytarıb.
Vüqar Rəşidə ilə rəsmi şəkildə boşanacağını və uşaqları onun əlindən alacağını deyir.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...