Azərbaycanda it dişləyən uşaq "quduzluq" olub? - Rəsmi açıqlama - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
TƏBİB it dişləyən uşağın valideynlərinin narazılığına münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, yayılan video ilə bağlı qurumdan qeyd edilib ki, Balakən qeydiyyatında olan, Sumqayıtda məskunlaşan 2016-cı il təvəllüdlü Mirqafarov Tunar Kənan oğlu ailə üzvləri ilə birlikdə 8 iyul 2023-cü il tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına daxil olub.
"Ailə üzvlərinin sözlərinə görə, onu it dişləyib. Baş, qol və kürək nahiyələrindən xəsarətlər alan Tunar Mirqafarova ilkin tibbi yardım göstərilib, cərrahi əməliyyatlar həyata keçirilib.
Eyni zamanda, ona quduzluq əleyhinə immunoqlobulin və sxemə uyğun antrabik vaksini vurulub. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - məlumatda deyilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...