Azərbaycanda dərmanların QARA BAZARI olduğu üzə çıxdı... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dərman satışı sahəsində də qara bazar mövcuddur.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, burada daha çox qıt olan və qiyməti baha dərmanlar satılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Vüqar Bayramov deyir ki, "Dərman vasitələri haqqında" Qanuna dəyişiklik edilməsi gözlənilir ki, bu da həmin dərman vasitələrinin daha ucuz və bütün apteklərdə satıla bilməsi üçün maneənin aradan qaldırılmasına səbəb olacaq.
Deputat deyir ki, xüsusən də tapılması çətin olan və buna görə də qara bazarda baha satılan dərmanların rahat və ucuz əldə edilməsi üçün üçün yerli istehsalın təşkil edilməsinə ehtiyac var.
Qeyd edək ki, sabah Milli Məclisin Səhiyyə komitəsinin iclasında "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirə olunacaq.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...