Azərbaycanda bu evlərdə yaşayan şəxslər CƏRİMƏLƏNƏCƏK - Hər 20 gündən bir... - VİDEO

Daşınmaz əmlakını sığortalamayan şəxslər 20 gündən bir cərimə oluna bilərlər.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bunu əmlak eksperti Ramil Osmanlı bildirib.
O qeyd edib ki, əmlakın sığortalanması prosesini sadələşdirmək üçün nəzərdə tutulan sistem bu ilin sonunadək işə düşəcək. Bu sistem vasitəsilə hər hansı əmlakın sığortalanıb - sığortalanmamasını müəyyən etmək mümkün olacaq ki, bu da sığortadan yayınanların cərimələnməsi prosedurunu asanlaşdıracaq.
Ekspert əlavə edib ki, sığortalanmış hər hansı daşınmaz əmlaka zərər dəydikdə, əmlak sahibinə 25 min manatadək pul verilə bilər.
Təqribi hesablamalara görə, Azərbaycanda sığortalana bilən 1 milyondan artıq ev var.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...