Azərbaycanda baş vermiş təbii fəlakətlərin xəritələri hazırlanıb - VİDEO
29
avq
2019
08:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlərimiz Respublika ərazisində baş vermiş təbii fəlakətlərin xəritələrini hazırlayıblar. Sürüşməyə, sel axınlarına və subasmaya məruz qalan ərazilərin və seysmik cəhətdən təhlükəli olan zonaların xəritələri tərtib olunub, eləcə də külək və yağıntı xəritələri hazırlanıb.Xəritə Azərbaycan Milli Elmlər Akademiyası Həsən Əliyev adına Coğrafiya İnstitutunun alimləri tərəfindən ərsəyə gətirilib. Alimlər hətta bu və ya digər kataklizmin Azərbaycana vurduğu iqtisadi ziyanı da hesablayıblar.Bütün xəritələr elektron formatda tərtib olunub və asanlıqla əldə edilə bilər. Bu xəritə ərsəyə gətirilməsi planlaşdırılan böyük layihələrdə insanlara yardımçı ola bilər.Qeyd edək ki, bu prosesin araşdırılmasına uzun illər sərf olunub. Bundan sonra xəritənin miqyasının genişləndirərərk yeni formalarının hazırlanmasına isə maksimum 1 il kifayət edəcək.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar xəbərlər
Azərbaycanda sel təhlükəsi olan ərazilər AÇIQLANDI
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. H.Əliyev adına Coğrafiya İnstitutunun "Tufandağ ekogeomorfoloji dəstəsi"nin əməkdaşları Böyük Qafqazın cənub...