Azərbaycanda sel təhlükəsi olan ərazilər AÇIQLANDI

Azərbaycanda sel təhlükəsi olan ərazilər AÇIQLANDI
Sosial 760
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. H.Əliyev adına Coğrafiya İnstitutunun "Tufandağ ekogeomorfoloji dəstəsi"nin əməkdaşları Böyük Qafqazın cənub yamacında çöl tədqiqatları aparıblar.BAKU.WS xəbər verir ki, AMEA-dan Trend-ə verilən məlumata görə, baza Qəbələ rayonu Tüntül kəndi olmaqla, üç əsas və bir vizual istiqamətdə tədqiqat marşrutları seçilib.Mütəxəssislər ekspedisiya müddətində relyefə antropogen təsirin artması ilə əlaqədar təbii tarazlığın pozulması, nəticə etibarı ilə ekzogen proseslərin sürətlənməsi, relyefin müxtəlif dərəcəli dəyişikliklərə məruz qalması kimi halları müşahidə ediblər.Bundan əlavə, araşdırmalar zamanı yay otlaq sahələrinin sürətli deqradasiyası, buzlaqların aşağı sərhədlərinin geri çəkilməsi ilə əlaqədar yeni sel ocaqlarının açılması və sayının artması, əvvəlkilərin isə xeyli genişlənməsi müəyyən olunub.

Oxşar xəbərlər

Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçib (FOTO)

Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçib (FOTO)

Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar 20-ci sahə yolindakı sürüşmə təhlükəsinin artması ilə bağlı AMEA nəzdində Respublka Seysmoloji Xidmət Mərkəzi...

1457 Sosial 16:13 13 oktyabr 2018

Son xəbərlər