Tufandağ buzlağı əriyir
28
avq
2018
17:49
Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil edilib. BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə həyata keçirilir.3755 m yüksəklikdə aparılan tədqiqatlar nəticəsində buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması, buzlaq dilinin hər keçən il geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən olunub. Bu da buzlaqda gedən ərimə prosesinin intensivliyindən xəbər verir. Buzlağın parametrləri, koordinatı GPS və Lazer məsafə ölçəni ilə təyin edilib.Qeyd edək ki, buzlaqlar şirin su ehtiyatı olmaqla yanaşı, qlobal iqlim dəyişmələrinin əsas indikatorudur və bu dəyişmələri əyani görmək üçün unikal obyektlərdir. İqlimdə baş verən istiləşmə və ya soyuqlaşma özünü buzlaqların sahəsinin dəyişilməsində çox tez biruzə verir.Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq kütləsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və çox halda asılı şəkildə dayanır.2008-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Bazardüzü, Tufandağ, Şahdağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqi ilə bağlı tədbirlərin görülməsi barədə sərəncam verilib. Bundan sonra Tufandağ buzlağına ekspedisiyalar təşkil olunmağa başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Fəlakət yaxınlaşır: Dünya sürətlə istiləşir, buzlaqlar əriyir
Şimal qütbünün ən qalın buzlaqları qırılmağa başlayıb.BAKU.WS Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, şimal yarımkürəsində iqlim dəyişikliyi ilə əlaqədar...