Azərbaycan xilasediciləri Kahramanmaraşda 3 ünvanda növbəti çadır şəhərcikləri qurub - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan xilasediciləri Kahramanmaraşda daha 3 ünvanda növbəti çadır şəhərcikləri qurub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə FHN tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.
FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən daha 3 müxtəlif ünvanda növbəti çadır şəhərcikləri salınıb. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil olunub.
Qalereya
Oxşar xəbərlər
FHN tərəfindən Kahramanmaraşda növbəti çadır şəhərciyi qurulub - VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılma...