FHN tərəfindən Kahramanmaraşda növbəti çadır şəhərciyi qurulub - VİDEO

FHN tərəfindən Kahramanmaraşda növbəti çadır şəhərciyi qurulub - VİDEO
Video
Video 79

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Belə ki, FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən Kahramanmaraş Sütçü İmam Universitetinin həyətində 300 çadırdan ibarət növbəti çadır şəhərciyi qurulub.

Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər