AZAL biletlərin alınması zamanı problem yarana biləcəyinə dair xəbərdarlıq edib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" QSC (AZAL) öz sərnişinlərinə və veb-saytının istifadəçilərinə xəbərdarlıq edib.
AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, "Amadeus" sisteminin yenilənməsi ilə əlaqədar olaraq, bəzi cihazlarda saytdakı informasiyanın təsvirində problemlər yarana bilər.
"Nəticədə aviabiletlərin əldə edilməsi prosesində çətinliklər ilə qarşılaşa bilərsiniz. Bu cür problemlərlə rastlaşan istifadəçilərdən veb-saytın açılışından öncə brauzerin keşini təmizləməyi tövsiyə edirik. Suallarınız yaranarsa, 24 saat çalışan çağrı mərkəzinə müraciət edə bilərsiniz: callcenter@azal.az",- deyə məlumatda bildirilir.
Şirkət müvəqqəti narahatlığa görə üzr istəyir.
Müxtəlif brauzerlərdə keşin təmizləməsi üzrə təlimat aşağıdakı videoda təqdim edilib:
BAKU.WS
Oxşar xəbərlər
AZAL Novruz bayramı müddətində yaz aksiyası barədə elan edir
Bakı "Azərbaycan Hava Yolları" (AZAL) Novruz bayramına həsr olunan yeni aksiyanın başlanması barədə elan edir. Milli bahar bayramı olan Novruz bayramı müddətind...