Avtobuslarda kondisionerlər bu tarixdən işə salınacaq - VİDEO

Avtobuslarda kondisionerlər bu tarixdən işə salınacaq - VİDEO
Video
Video 1583

Havaların isti keçməsinə baxmayaraq ictimai nəqliyyatlarda sərinləşdirici sistem hələ də işə salınmayıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, yazın son ayı mayda adətən insanlar üçün hava temperaturunun ən komfort göstəriciləri müşahidə edilir.

Lakin bu ilin may ayının birinci yarısında havanın orta sutkalıq temperaturu 17 dərəcəyə yaxın olub ki, bu da normadan 0,9 dərəcə yüksək hesab edilir. Havaların isti keçdiyi bu günlərdə ictimai nəqliyyatda sərinləşdiricinin işlədilməməsi sərnişinlərin şikayətinə səbəb olub.

Sürücülər də bildirirlər ki, hava isindikcə vətəndaşların narazılıqları artıb. Hələ ki ictimai nəqliyyatlarda nəfəslikləri açırlar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, nəqliyyatların sərinləşdirici sistemləri qarajlarda tənzimlənir. Əgər gün başlanğıcında sistem yandırılarsa sadəcə qaraja gələndə söndürmək olur. Belə olanda isə səhər və axşam havanın sərin olduğu vaxtda avtobusların daxili sərnişinlər üçün hədsiz soyuq olar. Bildirilir ki, yay rejiminə keçid iyun ayının 15-dir.

Mais Ağayev onu da bildirib ki, əgər istiləşmə artarsa, tarix dəyişə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər