ATV-nin “Bizimləsən” proqramında növbəti rekord - 430 min manat - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ATV-nin “Bizimləsən” proqramı yeni uğura imza atıb.
BAKU.WS xəbər verir ki, 5 uşağın sağalması üçün lazım olan 430 min manat vəsait toplanıb.
Həmin uşaqlardan ikisi Beta-talassemiyanın ən ağır formasından əziyyət çəkir və donorları Türkiyədə tapılıb, orada əməliyyat olunacaqlar.
Murad adlı uşaq isə dünyada yeganə ürək quruluşuna malik xəstəlikdən əziyyət çəkir. Amin adlı balacanın geri dönüş leykoz xəstəliyinə qarşı müalicəyə ehtiyacı var. Sonuncu Arzu adlı balacamız isə Tublafatia fankoni sindromundan əziyyət çəkir.
Qeyd edək ki, bu “Bizimləsən” proqramında mövsüm ərzində keçirilən üçüncü böyük marafondur. Birinci marafonda 13 uşaq üçün lazım olan 1 mln. 28 min manat, ikinci marafonda isə bir uşaq üçün 3 mln. 672 min manat toplanıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...