Ailəsinin Fazil Mustafanı qarşılama anı - VİDEO

Ailəsinin Fazil Mustafanı qarşılama anı - VİDEO
Video
Video 331

Martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa xəstəxanadan evə buraxılıb.

BAKU.WS xəbər verir ki, Baku TV deputanın ailəsi tərəfindən qarşılanma anını lentə alıb.

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Xatırladaq ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Sözügedən görüntüləri təqdim edirik:

Oxşar xəbərlər

Fazil Mustafa evə buraxıldı

Fazil Mustafa evə buraxıldı

“Qardaşımı artıq evə gətirdik. Özünü yaxşı hiss edir”. BAKU.WS xəbər verir ki, bu sözləri oxu.az-a martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz...

94 Sosial 15:22 11 aprel 2023

Son xəbərlər