Aİ-nin Ermənistan-Azərbaycan şərti sərhədində avantürst addımları davam edir

Ermənistanda müşahidə missiyasını 2027-ci ilə qədər uzadan Avropa İttifaqının (Aİ) Azərbaycanla şərti sərhəddə avantürst addımları davam edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasının üzvləri binoklla Azərbaycan ərazilərini müşahidə edir. Kadrlardan da görünür ki, əraziyə yaxınlaşan missiya üzvləri müzakirələr aparırlar.
Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.
Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Oxşar xəbərlər
Bakıda küçənin ortasında ÖLÜM QUYUSU
Bakıda avtomobil yolu çökür. Bu barədə məlumat və görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Yasamal rayonunun Tağı Şahbazi küçəs...