Ağacdan yağan sərvət - Kiloqramı 352 dollara...
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İzmir şəhəri, Çeşmə rayonunda çoxəsrlik saqqız ağaclarından məhsul yığımına başlanılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, diqqətlə toplanan saqqızlar qida və kosmetika sahələrində istifadə olunur.
Kiloqramı 12 min TL-yə (352 dollar) satılan saqqız istehsalı geniş vüsət alıb. Türklərin məqsədi bu məhsulun istehsalı sahəsində birinci olmaq və Yunanıstanı geridə qoymaqdır.
Eyni zamanda, bu bölgədə saqqız ağacları turistlərin də marağını cəlb edir. Bu səbəbdən də, məhsuldarlığın geniş yayılması həm də, bölgənin turizm sahəsini daha da inkişaf etdirir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...