ABŞ-da azərbaycanlı xərçəngin müalicəsi üçün dərman hazırladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-da yaşayan azərbaycanlı gənc alimin rəhbərlik etdiyi tədqiqat heyəti xərçəng xəstəliyinin müalicəsi üçün yeni dərman vasitəsi əldə edib.
BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan Elmar Nur 5 ilə yaxındır ki, xərçəng xəstəliyinin müalicəsi üçün araşdırma aparır.
Onun rəhbərliyi ilə "John Wayne Cancer" İnstitutu artıq uğurlu nəticə əldə edib. Yeni tapılan C-2 adlı dərman elmi auditoriyada bağırsaq xərçənginin müalicəsində istifadə üçün hazırda ən effektiv dərmanlardan biri hesab edilir.
İndiyədək xərçəngin müalicəsində istifadə edilən üsullardan biri kimyaterapiya olsa da, bu, sağlam hüceyrələrin də məhvinə səbəb olur. Məhz buna görə də xərçəng xəstəliyinin müalicəsində daha selektiv üsula ehtiyac var.
Həmyerlimiz deyir ki, yeni tapılan dərman sağlam hüceyrələrə heç bir ziyan vurmur.
Hazırda C-2 adlı dərmanın klinik testləri həyata keçirilir.
Oxşar xəbərlər
Sabahdan Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar DƏYİŞƏCƏK
Azərbaycanda dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tə...