AAYDA təmirə bağlanan küçənin görüntülərini yaydı - FOTO/VİDEO

Bakının Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsində (Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək, “N.Nərimanov” metro stansiyası istiqamətində) təmir işləri aparılır.
BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Təmir çərçivəsində uzunluğu 910 metr təşkil edən küçə boyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri yerlərdə piyada səkilərinin bərpası işləri yerinə yetirilib. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Qeyd edək ki, küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan digər qurumlarla koordinasiyalı şəkildə aparılır. Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq. Yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
