Emin Ağalarov: "Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdırlar" - VİDEO

Rusiyada yaşayan tanınmış azərbaycanlı biznesmen, Xalq artisti Emin Ağalarov bu ölkənin "Çto eto znaçit?" proqramına qonaq olub.
BAKU.WS xəbər verir ki, proqram zamanı Eminə Azərbaycanla Ermənistan arasındakı münaqişə haqda sual ünvanlanıb.
"Bu sual mənim üçün çətindir. Azərbaycan pasportum olmasa da, özümü azərbaycanlı hesab edirəm. Mən Rusiyada yaşayan azərbaycanlıyam. Bu münaqişənin ağlabatan hesab etdiyim yeganə həlli bizim Azərbaycan torpaqlarının - Dağlıq Qarabağın erməni işğalından azad olunmasıdır.
Bu hal baş verərsə, düşünürəm ki, münaqişənin həllinə doğru ilk addım atılmış olacaq. Münaqişənin, bizim gündəlik həyatımıza təsirinə gəldikdə isə, əlbəttə ki, təsir edir. Çünki iki ölkə münaqişədədir. Şəxsən mən istəyirəm ki, münaqişə həllini tapsın. Lakin yeganə yol, Azərbaycanın ərazi bütövlüyüdür".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...
