Rayonlara gediş-gəliş qadağası ləğv olundu, amma gedən yoxdur - VİDEO

Rayonlara gediş-gəliş qadağası ləğv olundu, amma gedən yoxdur - VİDEO
Video
Video 2016

Rayonlara avtobuslar fəaliyyət göstərmədiyindən vətəndaşlar şəhərlərarası işləyən taksilərə üz tuturlar.

BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, ötən gündən rayonlara gediş-gəliş üçün qoyulan qadağa götürülsə də, şəhərlərarası işləyən taksilərdən istifadə edənlər adi günlərdən fərqlənmir.

Sürücülər deyirlər ki, müştərilərinin çox olacağını gözləsələr də, rayonlara üz tutanların sayı elə də çox olmayıb.

Vətəndaşlar isə bildirirlər ki, əvvəlki günlərdə gediş haqqında qiymət fərqi bütün rayonlar üzrə müşahidə edilib. Lakin hazırda tələbat az olduğundan qiymət bahalaşması yoxdur.

Sürücülərin sözlərinə görə, yollar bağlı olduğu müddətdə az sayda sərnişinlə eyni yolu getdiklərindən qiymətdə fərq olub. Hazırda isə tələbin az olması ilə qiymətlər əvvəlki qaydada saxlanılıb.

Sürücülər hazırda sıxlığın müşahidə edilmədiyini, həftəsonları isə müraciətlərin çox olacağını deyirlər.

Son xəbərlər