SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Ermənistan tərəfi Azərbaycana qarşı silahlı təxribat törədib. Təmas xəttində hücum təşkil edilib. Bu təxribat zamanı həm mülki, həm də hərbi itkilərimiz olub. Mən Nazirlər Kabinetinə tapşırıq verirəm ki, həlak olanların ailələrinə maddi yardım göstərilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin. Bununla yanaşı, Müfadiə Nazirliyi də döyüşlərdə fərqlənmiş əsgərlərimizin təltif edilməsi ilə bağlı təkliflər hazırlayıb mənə təqdim etsin".
 
BAKU.WS-in məlumatına görə, bunu dövlət başçısı İlham Əliyev aprelin 2-də Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Prezident qeyd edib ki, Ermənistan tərəfinin təxribatına Azərbaycan ordusu tərəfindən layiqincə cavab verilib. 
 
"Düşmən çox böyük itkilər verib. Biz onlara çox sarsıdıcı zərbələr vumuşuq. Azərbaycan ordusu indi daha əlverişli mövqeləri alıb. Azərbaycan təmas xəttində üstünlüyə yiyələnib. Biz böyük hərbi qalibiyyət qazandıq. Düşmənə layiqli cavab verilib. Azərbaycan əsgərləri düşmənə qarşı layiqincə vuruşub. Şəhid olan əsgərlər bizim ürəyimizdə yaşayacaq", - deyə dövlət başçısı vurğulayıb.
 
Dövlət başçısı bildirib ki, Ermənistan tərəfi təxribatlara davam edərsə bundan da ağır cavabını alacaq: "Təxribat törədirlə və Azərbaycan ordusu onların başını əzir. Sonra hay-haray salırlar. Atəşkəsdən sonra ilk dəfədir ki, Ermənistan ordusu sarsıdıcı zərbələr alıb. Eşitdiyimə görə Ermənistan rəhbərliyi itkilərlə bağlı qeyri-dəqiq rəqəmlər açıqlayır. Bu onu göstərir ki, onlar itkilərini gizlədirlər. Əgər erməni əsgəri həlak olmaq istəmirsə, o zaman rədd olsun Azərbaycan torpağından".
 
Şahin Həbibov
BAKU.WS