SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda karantin qaydalarını pozub küçəyə çıxanlar görüntüsü yayılıb. 

BAKU.WS xəbər verir ki, küçəyə çıxma qadağasını pozanlar PPX əməkdaşlarını görən kimi evlərinə qaçışıb. 

Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

Qeyd olunan şəhərlər və rayonun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

BAKU.WS
VİDEO