12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Nazirlər Kabinetinin qərarı ilə paytaxtda söküləcək 1000-dən artıq binanın aqibəti ilə bağlı yeni açıqlama verilib.
 
Dövlət Tikinti Və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib ki, artıq həmin rayonların rəhbərlikləri ilə danışlıqlar aparılıb və müəyyən qərarlar qəbul olunub.

Paytaxtdakı köhnə binaların sökülməsi ilə bağlı müvafiq rayon icra hakimiyyətlərinin rəhbərləri ilə danışıqlar aparılıb. Qərara alınıb ki, söküləcək ərazilər üzrə prespektiv plan hazırlandıqdan sonra söküntü işlərinə başlanılsın. 

Sədr müavinin sözlərinə görə, söküləcək binaların sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqları veriləcək. Həmin ərazidə tikiləcək yeni binalardan isə sakinlər yeni mənzillər ilə təmin olunacaqlar. Bu prosedurların həyat keçirilməsi üçün isə icra hakimiyyəti orqanlarına 5 illik səlahiyyətlər verilib.

Dövlətxan Dövlətxanov həmçinin 10 mərtəbədən ibarət binaların inşası ilə bağlı bəzi nüanslara da aydınlıq gətirib. Onun sözlərinə görə, hər bir tikiləcək binanın mərtəbələrinin sayı həmin ərazinin infrastrukturu və orada yaşayan əhalinin sosial tələbatına görə müəyyən edilir.
 
BAKU.WS