"Fərqlənmə nişanı" əldə edən sürücülərin nəzərinə - VİDEO

Fərqlənmə nişanı əldə edən sürücülərin nəzərinə - VİDEO
Video
Video 334

"Nazirlər Kabineti yanında Operativ Qərərgahın koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında 31 mart tarixli qərarına əsasən müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə ölkə ərazisində fəaliyyətinə icazə verilən istiqamətlərdən biri də avtomobil nəqliyyatı ilə yük daşımalarıdır".

BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, xüsusi karantin rejimi dövründə sui-istifadə hallarına yol verilməsinin qarşısını almaq məqsədilə bu sahədə dövlət tənzimlənməsini həyata keçirən orqan olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətlərini "Fərqlənmə nişanı" əldə etməklə rəsmiləşdirən hüquqi və fiziki şəxslər barədə müvafiq məlumatların bu gündən "icaze.e-gov.az" portalında qeydiyyatına başlanılıb:

“Bu günə qədər yük avtonəqliyyat vasitəsilə qanuni fəaliyyət göstərən 1 530 nəfər barədə məlumat portala yerləşdirilib. Bu şəxslər respublika ərazisində yük daşımalarını rahat şəkildə icra edə bilərlər. Sui-istifadə hallarının qarşısının alınması üçün həmin şəxslər barədə qeydiyyat keçirməyə başlamışıq".

Son xəbərlər