Son günlər uşaqlar arasında bir oyun yayılıb ki, çox təhlükəlidir. Bu oyun qalıcı zədələr - şikəstliyə və hətta ölümə səbəb ola bilər. Mütəxəssislər bununla bağlı həyəcan təbili çalırlar.

Öncə üç uşaq yan-yana dayanır. Əvvəlcə yandakı iki nəfər, az sonra ortadakı tullanır. Ortadakı tullandıqdan sonra yandakılar onun ayağına badalaq atırlar.

Son günlər bu oyun uşaqlar arasında geniş yayılıb. İlk baxışdan əsl təhlükədən xəbər verən oyun uşaq üçün isə əyləcəyə çevrilib. Çoxları bunun təhlükəli olduğunu bilsələr də bu əyləncədən vaz keçmirlər.

Oyunun ən təhlükəli tərəfi oynayan uşaqların zədə almaq riskinin yüksək olmasıdır. Kadralardan da aydın şəkildə görünür ki, badalaq vurulan uşaq kürəyi üstə yerə yıxılır və başı yerə dəyir.

Oyun mütəxəssislərinin sözlərinə görə, hər hansı bir oyun yazılıb insanlara təqdim olunan zaman onun insanlara verə biləcəyi təhlükə yox, oyunu sifariş verən insana verə biləcəyi maddiyyat düşünülür.

Psixoloqlar isə belə vəziyyətlərdə ən çox məsuliyyətin məhz valideynlərin daşıdığını bildirirlər. Çünki baş verə biləcək bütün təhlükələrin ən başlıca öhdəyilini valideynlər daşıyır.

Məlumata görə, İsraildən başlayan və bütün dünyada yayılan oyuna görə artıq bir çox uşaq başından ölümcül zədə alıb.

BAKU.WS
VİDEO