Telefon səsi yayıldı: "Uşağı 3 min manata satdım" - VİDEO

17
fev
2020
18:00
Zaqataladan gəlib Bakıda dilənçilik edən Səadət adlı gənc qadının səs yazısı yayılıb.
BAKU.WS xəbər verir ki, yayılan səs yazısında qadın ərinə uşağı 3 min manata satdığını deyir.
Uşağın geri qaytarılmasını istəyən atası ARB-nin "Elgizlə izlə" proqramına müraciət edib. Elgiz Əkbər Səadətdən uşağın harada olduğunu soruşur. Qadın uşağı satmadığını, həyat yoldaşına yalan söylədiyini bildirib.
Aparıcı ona inanmayıb və uşağın hazırda harada olduğunu soruşub. Ana isə, "Evdədir" cavabını verib.
Oxşar xəbərlər
Ölkəyə qanunsuz yolla 240 mobil telefon gətirən qadın saxlanıldı – VİDEO
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcü...
