SİZİN REKLAM BURADA!
055 213 76 73


  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə "Sədabad” sarayına gəlib. Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı "Sədabad” sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və İranın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər. Prezidentlər birgə foto çəkdirdilər.

İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olundu.
 
BAKU.WS