Azərbaycana yağan qar avtomobilləri yolda qoydu - VİDEO

Azərbaycana yağan qar avtomobilləri yolda qoydu - VİDEO
Video
Video 2132

Gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunda sürücülər çətin anlar yaşayıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, şaxtalı hava səbəbindən magistral yollun bir hissəsi buz bağlayıb.

Buzlu yolda hərkət edə bilməyən avtomobillər yolda qalıb. Sürücülərin köməyinə ərazidə xidmət göstərən polis əmkdaşları gəlib.

Bir müddət sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət agentliyinin canlı qüvvə və texnikası cəlb olunub.

Yola qum- duz qarışığı səpilib və avtomobillərin hərəkət bərpa olunub.

Şaxtalı və qarlı hava səbəbindən sözü gedən yoldan sürücülərin, əsasən də gecə saatlarında istifadə etməməsi tövsiyə olunur.

Oxşar xəbərlər

Qar 4 kəndlə əlaqə kəsdi: sürücülər yolda qaldı - VİDEO

Qar 4 kəndlə əlaqə kəsdi: sürücülər yolda qaldı - VİDEO

Axşam saatlarından başlayaraq şimal-qərb istiqamətində yağan güclü qar xüsusilə Qobustan, Şamaxı, İsmayıllı istiqamətində problemlər yaradıb. Şamaxının 4 kəndi...

1231 Video 19:48 19 fevral 2019

Son xəbərlər