SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət öncə ARB TV-nin “Elgizlə İzlə” verilişinə evlənmək üçün müraciət edən Alim bəyin 14 yaşlı qızı Asimanın gözlənilməz ölümü tamaşaçıları dəhşətə gətirib.

BAKU.WS xəbər verir ki, telefon bağlantısı ilə efirə qoşulan Alim bəyin qonşusu Gülnarə Nəbiyeva Asimanın ölümündə atasını günahlandıraraq şok iddialar irəli sürüb:

“Alim illər idi ki, Asimanı döyürdü. Yoldaşını da döyürdü. Uşaq qış vaxtı çöldə, yerdə yatırdı. Atası evə dostlarını gətirirdi, içirdi. Qızını söyürdü, döyürdü. Asiman atasının qorxusundan mənim evimdə qalırdı, evə getmirdi. Qız mənə yalvarırdı ki, heç kimə heç nə deməyim. O ata deyil”.

Ata qonşusunun bütün ittihamlarını rədd edib və qızının vərəmdən öldüyünü bildirib:

"O Gülnarənin dediklərinin hamısı yalandır. Mənim evimdə yorğan-döşək çoxdur, qızımın quru yerdə yatması qeyri-mümkündür. Keçmişdə evə bir qadın gətirmişdim. Uşaq oldu, 1 ildən sonra gəzməyə başladı. Qovdum. O Gülnarə məndən o qadının hayıfını çıxır.

Mənim qızımın anası, ana nənəsi, xalası da vərəmdən ölüb. Qızım da vərəm xəstəsi idi. Doğulduqdan bəri qabaqlayıcı dərmanlar verilirdi. Ayın 12-də məktəbin tibbi işçisi və dərs hissə müdiri tərəfindən mənə zəng gəldi ki, qızınızın qızdırması var. Getdim evə gətirdim. Qızım özü qızdırma salan dərmanı özü içdi, yəni vəziyyəti o dərəcədə pis deyildi. Dedi ki, ata, mən yatıram. Hərarət səhəri gün də düşmədi".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO