Azərbaycanlı ana Ermənistana aparılan oğluna qovuşdu - VİDEO
Erməni ailəsinin övladlığa götürüb Ermənistana apardığı Eldəniz Məmmədov (Armen) doğma anası Qəndab Əhmədovaya qovuşub.
BAKU.WS xəbər verir ki, 51 illik həsrətə Xoşqədəm Hidayətqızının
Onların görüşü Eldənizin hazırda yaşadığı Rusiyanın Rostov şəhərində baş tutub. 65 yaşlı ana ilə 51 yaşlı oğulun görüşündə təsirli anlar yaşanıb.
Onun 51 il əvvəl - 1968-ci ildə dünyaya gətirdiyi oğlu erməni ailəsinə övladlığa verilib və yeni ailəsilə birlikdə Ermənistana köçüb. Eldəniz 1972-ci ildə 4 yaşı olarkən erməni ailəsinə övladlığa verilir. Erməni ailə Eldənizi Körpələr Evindən götürdükdən sonra adını dəyişib Armen qoyur. 1988-ci ildə ailə gecə ilə Azərbaycanı tərk edərək Ermənistana köçür. Armen Ermənistanda kollec bitirib və orada həqiqi hərbi xidmətdə olub. Onun azərbaycanlı olması hər kəsdən gizli saxlanılır. Analığı ölən günü bu sirri Armenin əmisi oğlu Robertə açır və Robertə tapşırır ki, onu Ermənistandan çıxarsın.
Oğlundan xəbərsiz olan Qəndab xanım bir müddətdən sonra ailə qurur. Lakin bir daha ana olmur. Həyat yoldaşının razılığı ilə övladlığa uşaq götürürlər. Buna baxmayaraq öz doğma oğlunu axtarır. Bu axtarış illərlə davam etsə də heç bir nəticə vermir. Hacıxanım Qəndab sonda oğlunun axtarışını "Səni axtarıram" proqramına həvalə edir və acı həqiqət üzə çıxır.
Oxşar xəbərlər
Yeganə oğlu Ermənistana aparılan azərbaycanlı ananın DƏHŞƏTLİ FACİƏSİ - VİDEO
"Əgər mən sizə desəm ki, Ermənistana aparılan oğlunuz Qarabağda bizə qarşı döyüşüb, yenə də onu qəbul edəcəksiz?" BAKU.WS xəbər verir ki, Xoşqədəm Hidayətqızı b...