Azərbaycanlı qadının oğlu erməni ailəsinə tərəfindən övladlığa götürülüb.

BAKU.WS xəbər verir ki, Gəncədə yaşayan 1954-cü il təvəllüdlü Qəndab Əhmədova Cəmil qızı doğulduqdan 3 ay sonra Körpələr Evinə atılan oğlunu axtararkən bu acı həqiqətlə üz-üzə qalıb. 

Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramına üz tutan 65 yaşlı Qəndab xanıma olduqca ağır xəbər verir. Onun 51 il əvvəl - 1968-ci ildə dünyaya gətirdiyi oğlu erməni ailəsinə övladlığa verilib və yeni ailəsilə birlikdə Ermənistana köçüb.

                       Qəndab xanım və oğlu Eldəniz Məmmədov

Eldəniz 1972-ci ildə 4 yaşı olarkən erməni ailəsinə övladlığa verilir. Erməni ailə Eldənizi Körpələr Evindən götürdükdən sonra adını dəyişib. O artıq Eldəniz deyil. 1982-ci ildə ailə ona erməni övladı olmadığını bildirir və gecə ilə Azərbaycanı tərk edərək Ermənistana daşınır. 

                      Eldəniz erməni ailəsinə övladlığa verildikdən sonra ilk şəkli

Armen Ermənistanda böyüyüb, kollec bitirib və orada həqiqi hərbi xidmətdə olub. Ailə Armenin əslində azərbaycanlı olduğunu hər kəsdən gizli saxlayır. Armenin erməni anası ölən günü qardaşı Robertə bu sirri açır. Ana ölümündən qabaq Armenin azərbaycanlı olduğunu bildirir və Robertə tapşırır ki, onu Ermənistandan çıxarsın.

                       Erməni ailəsinin Armen adı verdiyi Eldəniz Məmmədov 

Oğlundan xəbərsiz olan Qəndab xanım bir müddətdən sonra ailə qurur. Lakin bir daha ana ola bilmir. Həyat yoldaşının razılığı ilə övladlığa uşaq götürürlər. Buna baxmayaraq öz doğma oğlunu axtarır. Bu axtarış illərlə davam etsə də heç bir nəticə vermir. Hacıxanım Qəndab sonda oğlunun axtarışını "Səni axtarıram" proqramına həvalə edir və acı həqiqət üzə çıxır.

                       51 il sonra oğlunun axtarışına çıxan 65 yaşlı Qəndab xanım

Qəndab xanım 14 yaşı olarkən qohumu tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb. Nikah yaşına çatmayan qızla cinsi əlaqəyə girdiyinə görə onu qaçıran şəxs həbs olunur və 8 il azadlıqdan məhrum edilir. Qəndab ata evinə qaytarılır. Lakin sonra onun hamilə olduğu məlum olur. Beləliklə, 1 yanvar 1968-ci ildə qaçırılan Qəndab 13 oktyabr 1968-ci tarixində oğlu Eldənizi dünyaya gətirir. Uşağa ananın soyadı verilir. Əhmədova Qəndab xanımın qızlıq soyadı Məmmədovdur. Beləliklə, doğulan körpənin doğum şəhadətnaməsində Eldəniz Məmmədov Famil oğlu yazılır. Qəndabın ailəsi bu uşağı qəbul etmir və atılır. Faciə də bundan sonra başlayır... 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO