76 yaşlı sürücü xanım: "25 ildir maşın sürürəm" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər rayonu Türkan qəsəbəsində yaşayan 76 yaşlı Səlmi xanım hər kəsi təəccüləndirib.
BAKU.WS xəbər verir ki, 0, 25 ildir ki avtomobil idarə edir. Bu barədə o özü İTV-yə açıqlamasında bildirib.
Şən və gümrah olan Səlmi xanım ilk dəfə sürücülüyə başlayanda oğlunun etiraz etdiyini lakin sonradan bunu qəbul etdiyini bildirib:
"Lap əvvəldən istəmişəm öz maşınım olsun onu idarə edirm. Ruhən özümü cavan hiss edirəm. Həyata bağlı insanam. 51 yaşından maşın sürürəm. Artıq 25 ildir. Bu mənim 4-cü avtomobilimdir. Mexanikadır. İlk maşınım mavi rəngli "VAZ 21-06" olub. Mən bu yaşımda bu qəsəbədə maşın sürürəm. Sürücülüyə yeni başlayanda oğlum etiraz etdi, amma sonra öyrəşdi".
Ətraflı videoda
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...