Sosial şəbəkələrdə ANS kanalının tanınmış aparıcısı Elgiz Əkbər müzakirə obyektinə çevrilib.

BAKU.WS
-in məlumatına görə, aparıcı manatın devalvasiyasından sonra mağaza və supermarketlərdə ərzaq mallarının bahalaşmadığı ilə əlaqədar reportaj hazırlayıb. Reportaj iri supermarketlərdən birinin qarşısında çəkilib. Süjetdə aparıcı supermarketin çıxış qapısının önündə dayanıb danışır. Əvvəlcədən düşünülmüş plana əsasən aparıcı çəkiliş gedə-gedə supermarketə daxil olmaq istəyir. Lakin mağazanın çıxış qapısından girmək mümkün olmadığı üçün Elgiz Əkbərin reportajı istədiyi kimi alınmır. Nəticədə keyfiyyətsiz montaj sayəsində süjetdə aparıcı mağazanın çölündən heç bir keçid olmadan içəriyə düşür.

Aparıcının qeyri-obyektiv reportajında alıcılar ərzaq mallarının qiymətində heç bir bahalaşma olmadığını iddia edirlər. Bu da sosial şəbəkələrdə böyük narazılıqlara səbəb olub. Çoxsaylı izləyici tərəfindən aparıcı ələ salınıb və tənqid obyektinə tuş gəlib.

 

BAKU.WS həmin görüntüləri təqdim edir:

BAKU.W