VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


UFC-nin prezidenti Deyna Uayt Həbib Nurməhəmmədova çempionluq kəmərini verməkdən imtina edib.

BAKU.WS-in məlumatına görə, bu qərar görüşdən sonra yaranan gərginliyə görə verilib. 

Həbib qazandığı kəməri daha sonra ala biləcək.


Qeyd edək ki, döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub.


Eyni zamanda, rinqdə Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib. Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb.


Sonda qalib Həbib Nurməhəmmədov elan olunsa da, ona çempion kəməri təqdim edilməyib.

BAKU.WS