Bakıda avtobus sürücüsü kobud qayda pozub. 

BAKU.WS-in məlumatına görə, 81 nömrəli marşurut üzrə hərəkət edən avtobus əks yola çıxıb. 

Ətrafdakı insanların diqqətini çəkən həmin anlar kameraya düşüb. 

Sərnişinlərin həyatını təhlükəyə atan sürücü əks yolda qəza vəziyyəti yaradıb. 

Görüntülər sosial şəbəkələrdə kəskin tənqidlərə səbəb olub. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə açıqlama verib. BNA rəsmisi sözügedən kadrlarla bağlı araşdırmalar aparılacağını və zəruri tədbirlər görüləcəyini bildirib. 

Şahin
BAKU.WS