SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yol polisi motosiklet sürücüsünü qayda pozduğuna görə saxlayıb.

BAKU.WS-in məlumatına görə, yol polisi sürücünün motosikletinə minərək cərimə meydançasına yollanıb. Bu qəribə mənzərə ətrafdan keçən insanların marağına səbəb olub.

Adətən bu cür hallarda motosiklet evakuator vasitəsilə cərimə meydançasına aparılır. Ancaq bu dəfə yol polisi şəxsən motosikletə minərək cərimə meydançasına yollanıb.

Məsələ ilə bağlı BAKU.WS Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev əlaqə saxlayıb. Şobə rəisi bildirib ki, yol polisi əməkdaşı motosikletə minərək nəqliyyat vasitəsini cərimə meydançasına apara bilər:

"Ancaq bu halda mütləq yol polisi əməkdaşı başına dəbilqə taxmalıdır. Bununla yanaşı, sürücünün pozduğu qaydaya uyğun olaraq bu prosedur dəyişə bilər. Məsələn, sürücülük vəsiqəsində problem varsa, bu halda mütləq digər üsullardan istifadə edilməlidir".

BAKU.WS