SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakıda evakuatorla aparılan "Mercedes" markalı avtomobilin təkərinin linglə döndərilməsi müzakirələrə səbəb olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən paytaxtın mərkəzi küçələrindən birində baş verib. Şahidlərin sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin evakuatoru nəqliyyat vasitəsini Salatın Əsgərova küçəsi ilə cərimə meydançasına apararkən hər döngədə, avtomaşının diskinin əyilmə təhlükəsinə baxmayaraq, təkərlərini linglə döndərib.

Lakin bu gün həmin avtomobilin sürücüsü Şamil Emçiyev Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayaraq maraqlı məlumatlar verib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, "Mercedes" markalı, 90 XC 699 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şamil Emçiyev ona zəng edib: "Mənə bildirdi ki, avtomobilinin videosu yayılıb və düzgün olmayan informasiya verilib. Əslində avtomobil həmin vaxt cərimə meydançasına yox, servisə aparılırmış. Avtomobildə texniki nasazlıq yarandığı üçün yolda qalıb. O da evakuator çağıraraq maşının təmir yerinə aparırmış. Görüntülər də həmin vaxt çəkilib".
 
BAKU.WS