ARB TV xəbər verir ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızdan biri də Zakir Cəfərovdur.
 
O yaralı komandirini çiyninə alaraq döyüş meydanından uzaqlaşdırmaq istəyərkən şəhid olub. Onun dəfni Keşlə qəbirstanlığında baş tutub. Bir sıra dövlət rəsmiləri, Müdafiə Nazirliyinin, şəhidin xidmət etdiyi hərbi hissənin, hüquq-mühafizə orqanlarının nümayəndələri də dəfn mərasimində idilər. 21 yaşlı şəhid izdihamın müşayəti ilə torpağa tapşırıldı. Daha sonra şəhid Aqşin Abdullayev Azərbaycan Respublikasının himni və yaylım atəşi altında torpağa tapşırıldı. Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim olundu.

Nazim Cəfərov (şəhidin atası) : "Atışma zamanı yaralananlar və şəhid olanlar olub. Neytral ərazidən çıxan zaman komandir yaralanıb. Qayıdıb komandirin yarasını bağlayıb, çiyninə alıb aparanda vurublar".
 
BAKU.WS